"Neftçi" "Cəlilabad"a qalib gəlib

18 Yanvar, 13:00 Sosial mediada paylaşın:
Azərbaycan Basketbol Liqasında 11-ci turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında liderlər qrupunda qərarlaşan "Neftçi" basketbol klubu növbəti görüşündə "Cəlilabad" ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada paytaxt klubu qələbə qazanıb. Lakin bu uğur “Neftçi” üçün heç də asan başa gəlməyib. “Ağ qaralar” rəqibini 72:63 hesabı ilə üstələməyi bacarıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu isə “Neftçi”nin heyətindən Toraje Breyk olub. O, görüşdə 20 xal və 11 məhsuldar ötürmə ilə fərqlənib. "Cəlilabad" komandasından isə Rişan Conson 15 xal, 10 ribaund ilə diqqət çəkib.

CANLI YAYIM