Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub

18 Dekabr, 15:00 Sosial mediada paylaşın:
Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub.  Qadınlarda Samirə Rzayeva, Nazilə İsmayılova, Selcan Qarayeva, Dinara İbrahimli, Fazilə İmanova və Rahilə Hüseynzadə turnirin qalibi adını qazanıblar. Kişilərin mübarizəsində sə Dəniz Cabbarlı, Elşən Məmmədov, Tehran Məmmədov  Paşa İbrahimli və Füqan Əliyev fəxri kürüsün ən yüksək pilləsinə qalxıblar. Həmçinin Nurlan Məmmədzadə  Yaşar Qurbanov Əli Şükürlü və Dadaş Dadaşbəyli yarışı birinci yerdə başa vurub.
Azərbaycan Kubokunun ən yaxşı qadın idmançısı adına Nazilə İsmayılova layiq görülüb. Kişilərdə isə Dadaş Dadaşbəyli fərqlənib. Komanda yarışında Kubokunun qalibi Qazax rayonunun idmançıları olublar. Lənkəran komandası 2-ci, Qobustan təmsilçiləri isə 3-cü yeri tutub. Turnirdə şəhər və rayonların müxtəlif idman cəmiyyətlərinin, klubların yüzə yaxın atlet qüvvəsini sınayıb.
 

CANLI YAYIM