ABŞ millisinin Olimpiada üçün heyəti açıqlandı

18 Aprel, 12:15 Sosial mediada paylaşın:
Paris 2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək
Basketbol üzrə Amerika Birləşmiş Ştatları millisinin heyəti açıqlanıb. Komandanın baş məşqçisi Stiv Kerr son illərlə müqayisədə NBA-nın ən güclü oyunçularını Parisə aparacaq. 12 nəfərlik heyətə Lebron Ceyms, Kevin Dürant, Stefen Körri, Coel Embiid, Ceyson Teytum, Devin Buker, Cru Holidey, Entoni Devis, Bem Adebayo, Entoni Edvards, Tayriz Halibörton və Kavay Leonardın adı daxil edilib. Xatırladaq ki, “Los Anceles Leykers”in lideri Lebron Ceyms 12 ildən sonra yenidən Olimpiadada iştirak edəcək. “Qolden Steyt”in müdafiəçisi Stiven Körri isə ilk dəfə 4 illiyin nəhəng idman yarışında qüvvəsini sınayacaq.

CANLI YAYIM