Akademik avarçəkmə üzrə millinin üzvü Olimpiadaya lisenziya qazandı

29 Aprel, 13:00 Sosial mediada paylaşın:
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Dımçenko bu uğura Macarıstanın Seqed şəhərində keçirilən Avropa Olimpiya Təsnifat reqatasında nail olub. İdmançımız yekun mərhələ sayılan A finalına vəsiqə əldə edib. Reqlamentə əsasən A finalında yarışı ilk üçlükdə başa vuran idmançılara olimpiada lisenziyası verilib. Diana Dımçenko vəzifənin öhdəsindən gələrək Paris Olimpiadasına lisenziyanı təmin edib. Milli komandamızın üzvü A finalında 2-ci olub. Qeyd edək ki, sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə 2016-cı ildə Rio Yay Olimpiya Oyunlarında təmsil olunub.
 

CANLI YAYIM