"Real Madrid" Yunanıstandan ardıcıl 2 qələbə ilə ayrıldı

8 Dekabr, 12:00 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada 13-cü tura start verilib. 
Ötən tur Pireydə “Olimpiakos”u 77:71 hesabı ilə məğlub edən “Real Madrid”  bu dəfə Afinada “Panatinaikos”la qarşılaşıb. Bu görüş də liderin üstünlüyü şəraitində keçib.  Madrid klubunun xorvatiyalı basketbolçusu Mario Hezonya 19 xalla fərqlənərək komandasının uğurunda böyük rol oynayıb. Nəticədə “Panatinaikos”u 90:78 hesabı ilə məğlub edən “Real Madrid” çempionatda 12-ci qələbəni qazanıb.  İstanbulda “Panatinaikos”u məğlub edən “Anadolu Efes” də turu qələbə ilə başa vurub. Türkiyə klubu Berlində “Alba”nın ilk hissədə ciddi müqavimətiylə üzləşsə də, fasilədən sonra vəziyyəti xeyrinə dəyişib. Oyunun son bölümündə Ərdəm Canın komandası daha da fəallaşıb.  Şeyn Larkin Görüşün ən məhsuldar oyunçusu olub. “Anadolu Efes”in amerikalı basketbolçusu komandasına 32 xal qazandırıb. Berlin basketbolçularından 32 xal toplayan Yohannes Timannın əziyyəti isə heç bir bəhrə verməyib.  Nəticədə “Alba”nı 97:89 hesabı ilə məğlub edən “Anadolu Efes” bütün turnirlərdə ümumən 7 oyunda 6-cı qələbəni qazanıb. Günün digər görüşündə “Partizan” Belqradda “Olimpiya Milano”dan 82:69 hesabı ilə üstün olub.

CANLI YAYIM