"NTD İndiqo" müvəqqəti liderliyə yüksəldi

7 Dekabr, 14:00 Sosial mediada paylaşın:
Azərbaycan Basketbol Liqasında 7-ci tura start verilib.
Açılış matçında “Neftçi” və “NTD İndiqo” klubları üz-üzə gəlib. “Sərhədçi İdman Mərkəzi”ndə təşkil olunan oyunda ilk dəqiqələrdən təşəbbüsə yiyələnən Xaçmaz klubu sona qədər bunu qoruyub. “NTD İndiqo” yekunda 93:71 hesabilə qalib gəlib. Görüşün ən məhsuldar oyunçusu Cared Smol olub. NTD-nin basketbolçusu 38 xal və 8 ribaundla yadda qalıb. “Neftçi”nin heyətində isə Toraje Breyk 23 xal və 4 assistlə diqqət mərkəzinə düşüb. Hazırda yarış cədvəlinə 13 xalla Xaçmaz klubu başçılıq edir. Paytaxt təmsilçisi 12 xalla 2-cidir. 1 oyun az keçirən Sabahın 11 xalı var.

CANLI YAYIM