FIBA Avropa Kubokunda D qrupunda cıxış edən “Sabah” sonuncu oyununu keçirib.
Komandamız Bakda Çexiya təmsilçisi “Nimburk”u qəbul edib. Növbəti mərhələyə yüksəlmək imkanlarını itirən “Sabah” qrupun sonuncu matçında da uduzub. İlk periodda 5 xal geri düşən meydan sahibləri fasiləyə kimi tarazlığı bərpa ediblər. 3-cü hissədə komandamız 2 xal ferqilə önə də keçib. Amma son periodda Çexiya təmsilçiləri daha yaxşı çıxış edərək yekunda qələbə qazanıblar - 97:89. Beləliklə qrupu 3-cü yerdə başa vuraraq mübarizəni dayandıran “Sabah” sonuncu qarşılaşmasında da məglub olub. Qeyd edək ki, görüşün ən məhsuldar basketbolçusu “Sabah”ın üzvü Kivon Davenport olub. Amerikalı basketbolçu 23 xal və 7 ribaundla diqqət çəkib.