"Sabah"dan ardıcıl 3-cü qələbə

20 Noyabr, 15:10 Sosial mediada paylaşın:
Basketol Liqasında 4-cü turunun son oyununda “Sabah” “Sərhədçi”ni qəbul edib.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən görüşün  favoriti sayılan “Sabah” komandası çətinlik çəkmədən qalib gəlib.  İlk perioddda 31:26 hesabı ilə önə keçən nominal meydan sahibləri böyük fasiləyə daha böyük üstünlüklə yollanıb: 61:50. Sonrakı periodlarda da inamlı oyun nümayiş etdirən “Sabah”  basketbolçuları yekunda 112:89 hesabı ilə qələbə qazanıblar. Görüşün ən məhsuldar oyunçusu Kivon Devenport olub.  “Sabah”ın basketbolçusu  28 xal və 8 ribaundla fərqlənib. Bu nəticə ilə xallarının sayını 6-a çatdıran “Sabah” 3-cü pillədə qərarlaşıb. Qeyd edək ki, komanda avrokubok matçları ilə əlaqədar ölkə çempionatında rəqiblərdən bir oyun az keçirib. 4 turdan sonra yarış cədvəlinə  7 xalla “Xəzri” başçılıq edir. Eyni xal toplayan “Neftçi” isə 2-ci yerdədir.  5 -ci turun görüşləri noybarın 23-dən 26-dək keçiriləcək.

CANLI YAYIM