Monteneqroda 22 yaşadək boksçuların Avropa birinciliyinə yekun vurulub. Budva şəhərində keçirilən yarışın son günündə idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 51 kq-da Nicat Hüseynov finalda Ermənistan boksçusu Rudolf Qarboyanla üz-üzə gəlib. Hər 3 raunddda rəqibindən güclü olan Nicat Hüseynov yekunda qələbə qazanaraq 2-ci dəfə Avropa çempionu olub.
57 kq-da çıxış edən Əzrək Bəbirov da final döyüşünə çıxıb. Rəqibinə uduzan boksçumuz gümüş medulla kifayətlənib. Beləliklə komandamız turniri 5 mükafatla – 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Xatırladaq ki, əvvəlki günlərdə Tural Sarıyev, Murad Allahverdioyev və Marjona Savriyeva bürünc medal qazanmışdı.