Azərbaycan çempionatının 12-ci turu “Səbail” – “Turan Tovuz” oyunu ilə başlanıb.
Zəfər turunun ilk görüşü maraqlı və məhsuldar alınıb. Görüşdə hesab 26-ci dəqiqədə açılıb. Oto Conun başla zərbəsindən sonra “Səbail”ın qapıçısı Səlahət Ağayevin kobud səhvi qolla nəticələnib. Qapısıında top görən meydan sahibləri fasilə ərəfəsində daha bir zərbə alıblar. “Səbail”in kapitanı Ağabala Ramazanov rəqib futbolçu ilə toqquşaraq, huşunu itirib. İlkin yardım göstəriilən futbolcu dərhal təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Meydan sahibləri 2-ci hissədə dönüş edə biliblər. Fasilədən dərhal sonra Rüfət Abdullazadə tarazlıgı bərpa edib. 78-ci dəqiqədə “Səbail” hesabda önə keçib. Aleksandr Ramalinqom penaltini dəqiq yerinə yetirərək komandasının qələbə qolunu vurub. Beləliklə “Səbail” Zəfər turunun ilk oyununda 2:1 hesabı ilə qalib gəlib.