İspaniya və İtaliya klubları qələbə qazandı

25 Oktyabr, 16:05 Sosial mediada paylaşın:
Çempionlar Liqasında C qrupunda mübarizə aparan “Real Madrid” Braqada yerli komandanın qonağı olub. İlk 2 tur qalib gələn “Kral klubu” seriyanı davam etdirib. 16-cı dəqiqədə Rodriqo hesabı açıb. 2-ci hissədə qonalqar 2-ci qolu vurublar. Bu dəfə Vinisius Juniorun ötürməsindən sonra Cuud Bellingem topu qapıdan keçirib. Az sonra Alvaro Calo buraxılan toplardan birinin əvəzinim çıxsa da, meydan sahiblərinin bundan artığına gücü catmayıb. Beləliklə 2:1 hesabı ilə qalib gələn “Real Madrid” maksimum nəticə ilə qrupda liderliyini davam etdirir.
“Kral klubu”ndan 3 xal geri qalaraq 2-ci yerdə qərarlaşan “Napoli” isə Berlində yerli “Union” klubunu minimal hesabla məğlub edib. Yeganə qolu Cakoma Raspadori vurub. Qeyd edək ki, növbəti turda “Real Madrid”  və “Napoli” rəqibini doğma arenada qəbul edəcək.
D qrupunda “İnter” Milanda “Zaltsburq”u qəbul edib. 19-cu dəqiqədə Aleksis Sançes hesabı açıb. 2-ci hissədə Oskar Qlux tarazlığı bərpa edib. Amma qalan vaxtda Hakan Çalhanoğlu penaltidən yararlanaraq komandasına 2:1 hesablı qələbə qazandırıb.
Qrupun digər matçında “Real Soseydad” Portuqaliyada “Benfika”ya Brais Mendezin vurduğu yeganə qolla qalib gəlib. 3 turdan sonra “İnter”  və “Real Sosyedad”a 7 xalla qrupa başçılıq edir. “Zaltsburq”un 3 xalı var. “Benfika” hər 3 matçında uduzub. Növbəti turda “İnter” Avstriyaya, “Benfika” İspaniyaya səfər edəcək.

CANLI YAYIM