"Bayern" səfərdə, "Mançester Yunayted" öz meydanında qalib gəlib

25 Oktyabr, 13:30 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü oyunları keçirilir.
A qrupunda Türkiyə çempionu “Qalatasaray” “Bayern Münxen”i qəbul edib. Oyunda erkən qol vurulub. 8-ci dəqiqədə Kinqsli Koman qonaqlaea üstünlük qazandırıb. Yarım saatın tamamında tarazlıq bərpa olunub. Mauro İkardi penaltini dəqiq yerinə yetirib. 1-ci hissə 1:1 hesabilə yekunlaşıb. Fasilədən somra “Qalatasaray” pis təsir bağışlamasa da, qapısında 2 top görüb. 73-cü dəqiqədə Harri Keyn diqqət mərkəzinə düşüb. 79-cu dəqiqədə isə Camal Musiala İstanbul klubunun qapısına yol taparaq son nöqtəni qoyub: “Qalatasaray” – “Bayern Münxen” 1:3 
“Mançester Yunayted” – “Kopenhagen” qarşılaşmasının taleyini isə 1 qoı həll edib. 72-ci dəqiqədə Harri Maqvayrım vurduğu qol qırmızı şeytanlara minimaı hesablı qələbə qazandırıb. 2-ci hissəyə artırııan 7-ci dəqiqədə “Kopenhagen” penaltidən yararlana bilməyib. Cordan Larssonun zərbəsindən sonra Andre Onana qola imkan verməyib. Qrupda ilk qələbəni qaznana “Manşester Yunayted” hazırda 3 xalla 3-cüdür. “Kopenhagen” 1 xalla sonuncu yerdədir. “Qalatasaray” 4 xalla 2-ci sıradadır. “Bayern Münxen”  9 xalla A qrupunun lideridir. 

CANLI YAYIM