Komandamız Avropa çempionatını 7 qızıl və 2 gümüş medalla başa vurdu

23 Oktyabr, 14:15 Sosial mediada paylaşın:
Bolqarıstanda akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatı yekunlaşıb. Yarış təmsilçilərimizin uğurlu çıxışları ilə yadda qalıb. Gənclərin mübarizəsində  Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qrup komandamız balans hərəkətlərində qızıl medal qazanıb.                        
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük də yarışda ən yaxşı nəticə göstərib. Onlar da balans hərəkətlərində qızıl medala layiq görülüblər.
Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü isə temp hərəkətlərində  bütün rəqiblərini qabaqlayıblar. Beləliklə komandamız yarışı ümumilikdə 7 qızıl və 2 gümüş medalla başa vurub.

CANLI YAYIM