Gimnastlarımız Avropa çempionatında qızıl medal qazandılar

20 Oktyabr, 12:00 Sosial mediada paylaşın:
Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatı davam edir.
Milli komandamızın üzvlərindən Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü balansla hərəkətlərdə uğurlu çıxış edib. İdmançılarımız ümumi xal hesabında bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olublar. Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük də ümumi medal sıralamasına öz töhfəsini verib. Gimnastlarımız templə hərəkətlərin cəmində zirvəni ələ alaraq 31-ci qitə turnirində qızıl medal qazanıblar.

CANLI YAYIM