Azərbaycan gimnastı Bolqarıstanda qızıl medal qazandı

9 Oktyabr, 10:15 Sosial mediada paylaşın:
Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Vladimir Dolmatov Bolqarıstanın Plovdiv şəhərində keçirilən “Plovdiv kuboku”nda qızıl medal qazanıb.
İdmançımız fərdi proqramda bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, komanda yoldaşı Mədinə Mustafayeva ilə birgə cütlük proqramında isə gümüş medala da yiyələnib.

CANLI YAYIM