"Qarabağ" 2-ci pilləyə yüksəldi

18 Sentyabr, 12:00 Sosial mediada paylaşın:
Ölkə çempionatının 6-cı turunda “Qarabağ” “Sabah”ı qəbul edib. İlk yarıda qapılara qol vurulmayıb.  2-ci hissənin əvvəlində hücumlarını gücləndirən meydan sahibləri hesabda önə keçiblər. 56-cı dəqiqədə Juninyo fərqlənib. Oyunun sonunda isə Hamidu Keyta yekun nəticəni müəyyənləşdirib: “Qarabağ” – “Sabah” 2-0 Qələbə sayəsində xallarının sayını 10-a çatdıran “Qarabağ”  2-ci pilləyə yüksəlib. Ardıcıl 3 görüşdə məğlub olan “Sabah”ın hesabında isə 4 xal var.
Turun digər matçında “Turan Tovuz” dogma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşma 2-2 hesablı bərabərliklə bitib. 56-cı dəqiqədə Fərid Nəbiyev, 3 dəqiq sonra isə Belaci Pusinin qolları ilə meydan sahibləri üstünlük əldə ediblər. Buna baxmayaraq “Qəbələ” futbolçuları məğlubiyyətdən xilas olmağı bacarıb. Osama Halayla dubl edərək komandasına 1 xal qazandırıb. Bu nəticədən sonra “Turan Tovuz” 10-cu, “Qəbələ” isə 4-cü xalını əldə edib. Yarış cədvəlinə 15 xalla “Zirə” başçılıq edir.

CANLI YAYIM