Şahmatçılarımız Avropa birinciliyində 4 qızıl medal qazandı

15 Sentyabr, 15:09 Sosial mediada paylaşın:
Rumıniyanın Mamaya şəhərində yeniyetmə şahmatçıların Avropa birinciliyinə yekun vurulub.
Şahmatçılarımız mötəbər yarışda böyük uğur qazanıb. Məhəmməd Kazımzadə, Mehriban Əhmədli, Əhməd Xaqan, Rüstəm Rüstəmov bütün rəqibləri qabaqlayaraq qızıl medal qazanıblar. Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş medal əldə ediblər. Səadət Bəşirli isə qitə yarışını bürünc mükafatla başa vurub. Beləliklə Azərbaycan şahmatçıları Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumən 7 medalla qayıdırlar.

CANLI YAYIM