Şahruddin Məhəmmədəliyev Türkiyə klubunda ilk məşqə çıxdı

14 Sentyabr, 12:00 Sosial mediada paylaşın:
Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev yeni klubu olan "Adana Dəmirspor"un düşərgəsinə qoşulub. 
29 yaşlı qolkiper Super Liqa təmsilçisinin heyətində ilk məşqində iştirak edib. Qeyd edək ki, "Adana Demirspor" Şahruddin Məhəmmədəliyevi "Qarabağ"dan transfer edib. Təcrübəli "əlcək sahibi" Türkiyə klubu ilə 2 illik müqavilə imzalayıb.

CANLI YAYIM