Akrobatika yığmamız beynəlxalq yarışın qalibi oldu

11 Sentyabr, 13:00 Sosial mediada paylaşın:
Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Polşanın paytaxtı Varşavada keçirilən “Wars and Sawa Cup” beynəlxalq turnirinin qalibi adını qazanıb.
Bu uğura Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və  Anahita Bashiridən ibarət  yeniyetmə qrup komandamız , eləcə də Daniel Abbasov və Murad Rəfiyev dueti nail olub.

CANLI YAYIM