Kanada millisi tarixində ilk dəfə DÇ-nin yarımfinala yüksəlib

7 Sentyabr, 12:00 Sosial mediada paylaşın:
Kişi basketbolçuların  dünya çempionatında yarımfinalçılar müəyyənləşib.
Filippinin Pasay şəhərində keçirilən ¼ final mərhələsinin sonuncu oyununda Kanada ilə Sloveniya milliləri qarşılaşıb. İlk hissə bərabər mübarizə şəraitində keçib. Təsadüfi deyil ki, 1-ci periodun yekununda 50:50 hesabı qeydə alınıb. İkinci hissədə kanadalılar təşəbbüsə yiyələniblər.   şimali amerikalılar 3-cü bölümdə hesab arasındakı fərqi 9 xala yüksəldib. Jordi Fernandesin komandası həlledici olan sonuncu periodda da inamlı çıxışı ilə diqqət çəkib. Kanadalıların heyətində “Oklahoma Siti Tander”in oyun qurucususu Şey-Gilces Aleksander parlaq oyunla fərqlənib. O, 31 xal, 10 ribaund və 4 məhsuldar ötürmə ilə matçın qəhrəmanı olub. Sloveniyalıların heyətində isə Luka Donçiç 4-cü bölümdə qayda pozuntusu limitini dolduraraq komandasını pis vəziyyətdə qoyub. Yeri gəlmişkən, oyundan sonra “Dallas Maveriks”in ulduzu hakimləri qərəzli idarəçilikdə günahlandıraraq FİBA-nın nəticəni əvvəlcədən müəyyənləşdirdiyini iddia edib.  Beləliklə Kanada millisi Sloveniya seçməsini 100:89 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionatlarının yarımfinalına yüksəlib. Kanadalılar bu mərhələdə Almaniya basketbolçuları ilə qarşılaşacaq. Yarımfinalın digər görüşündə isə Amerika Birləşmiş Ştatları ilə Serbiya milliləri üz-üzə gələcək.

CANLI YAYIM