Premyer Liqa yenidən "İdman TV"də!

11 Avqust, 13:00 Sosial mediada paylaşın:
İngiltərə futbolu həvəskarlarının intizarına son qoyulur.
İngiltərə premyer liqasının oyunları yenidən “İdman TV”də yayımlanacaq. Bu gün turun açılış görüşü kanalımızda canlı göstəriləcək. Mövsümün startında ötən mövsümün qalibi “Mançester Siti” çempionşipdən elitaya qayıdan “Börnli” ilə səfərdə üz-üzə gələcək. Qarşılaşma saat 23:00-də başlanacaq. “İdman TV” isə canlı yayıma saat 22:00-dən xüsusi proqramla start verəcək. Odur ki, İngiltərə Premyer Liqasının həyəcanını bu mövsüm kanalımızda yaşayın!!!

CANLI YAYIM