Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Meksika millisinin Ekvador üzərində qələbəsindən sonra paytaxt Mexikoda keçirilən kütləvi bayram tədbirləri zamanı iki nəfər ölüb.

 

Bu barədə şəhərin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 44 yaşlı kişi və 19 yaşlı qız həyatını itirib. Ölümə səbəb boğulma olub. Həkimlər zərərçəkənləri xilas etmək üçün reanimasiya tədbirləri görsələr də, onların həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Meksika millisi dünya çempionatının 1/16 final mərhələsində Ekvadoru 2:0 hesabı ilə məğlub edərək, 1986-cı ildən sonra ilk dəfə mundialın pley-off mərhələsində ilk raundu adlayıb. Ev sahibi komanda 1/8 finalda İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi ilə qarşılaşacaq.