Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.
D Liqasında mübarizə aparacaq yığma oktyabrın 1-də Lixtenşteyn seçməsini Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.
Komanda oktyabrın 4-də isə Litva kollektivi ilə Gəncə şəhər stadionunda üz-üzə gələcək. Qarşılaşmanın start fiti isə saat 17:00-da səslənəcək.