Azərbaycan kubokunun finalında “Neftçi” və “Qəbələ” üz-üzə gələcəklər

2 İyun, 16:09 Sosial mediada paylaşın:
“Neftçi” və “Qəbələ” futbol klubları doqquz ildən sonra Azərbaycan kuboku yarışlarının finalında üz-üzə gələcəklər.
Bu, sayca 31-ci ölkə kuboku yarışlarına təsadüf edəcək.
İyunun 3-də baş tutacaq oyun bu komandalar arasında, ümumilikdə, ikinci final qarşılaşması kimi yadda qalacaq. Tərəflərin ilk final dueli 2013-2014-cü il mövsümünə təsadüf edib. Həmin vaxt 1:1 hesabı ilə yekunlaşan görüşdə bölgə təmsilçisi penaltilər seriyasında rəqibini üstələyərək (3:2) kuboka yiyələnib.
Beləliklə, “Neftçi” və “Qəbələ” komandaları 3299 gündən sonra ikinci dəfə finalda rəqib olacaqlar.
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək final matçı saat 20:00-da başlayacaq.

CANLI YAYIM