"Liverpul" çempionluq uğrunda mübarizədə ağır zərbə aldı

25 Aprel, 12:20 Sosial mediada paylaşın:
İngiltərə çempionatında 29-cu turdan təxirə salınan oyunlar keçirilib. Mersisayd derbisində “Everton” “Liverpul”u qəbul edib. 27-ci dəqiqədə meydan sahibləri hesabı açıblar. Cerred Brantveyt diqqət mərkəzinə düşüb. 2-ci hissədə “Everton” futbolçuları daha bir qol vurublar. Dominik Kalvert Luin fərqlənib. Bu oyunda  vurulan son qol olub. Çempionluq yarışında daha bir itki ilə üzləşən “Liverpul” 74 xalla 2-ci pillədə qərarlaşıb. Xal ehtiyyatını 33-ə çatdıran “Everton” isə 16-cıdır. 
“Mançester  Yunayted” və “Şeffild Yunayted” komandalarının matçında isə azarkeşlər 6 qol izləyiblər. İlk hissədə qarşılıqlı qollar qeydə alınıb. Qonaqlardan Ceyden Boql, Mançesterin heyətində isə  Harri Maquayr diqqət mərkəzinə düşüb. 50-cu dəqiqədə Brereton Diaz yenidən Şeffild komandasını önə keçirib. Buna baxmayaraq manukunyanlar 3 qol vurmaqla dönüş ediblər. Əvvəlcə Bruno Fernandes dubl edib. Yekun nəticəni isə Rasmus Hoylund müəyyənləşdirib. 4:2 hesablı ilə xallarının sayını 53-ə yüksəldən “Mançester Yunayted” 6-cıdır. “Şeffild Yunayted” isə autseyderdir.

CANLI YAYIM