Ölkə Kubokunun finalında "Qarabağ"la "Zirə" qarşılaşacaq

25 Aprel, 11:00 Sosial mediada paylaşın:
Azərbaycan Kuboku turnirində yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
“Qarabağ” Tofiq Bəhrəmov adına Respublika stadionunda “Neftçi” ilə üz-üzə gəlib. İlk oyunda 4:0 hesablı qələbə qazanan “Qarabağ” bu matça da fəal başlayıb. 16-cı dəqiqədə meydan sahibləri hesabı açıblar. Olavio Juninyo fərdi keyfiyyətlərindən lazımınca istifadə edərək komandasını hesabda irəli çıxarıb. İlk hissə Ağdam klubunun mimimal hesablı üstünlüyü ilə yekumlaşıb. 2-ci yarıya “Neftçi” futbolçuları daha yaxşı başlasa da, yenidən uğursuzluqla üzləşiblər. 62-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub. 2 dəqiqə sonra Rezyan Mirzov fərqi azaldıb. Az sonra “Qarabağ” futbolçuları 3-cü topu “Neftçi”nin qapısından keçiriblər. Olavio Juninyo özünün 2-ci komandasının 3-cü qolunu vurub. Oyunda son nöqtəni isə Nəriman Axundzadə qoyub: “Qarabağ” – “Neftçi” 4:1. Azərbaycan Kuboku turnirinin final matçında “Qarabağ” “Zirə” ilə qarşılaşacaq. Həlledici qarşılaşma iyunun 4-də keçiriləcək.

CANLI YAYIM