Üçüncü Avropa Oyunlarında idmançılarımızdan uğurlu nəticələr gözləyirik

2 İyun, 12:37 Sosial mediada paylaşın:
Üçüncü Avropa Oyunlarında idmançılarımızdan uğurlu nəticələr gözləyirik. Yarışın proqramı dəyişdirilib, yeni idman növləri var.
Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov iyunun 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində istifadəyə verilən buz meydançasının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, Avropa Oyunlarında çıxış edən iştirakçıların sayı artıb. İdmançılarımız Avropa Oyunlarına güclə heyətlə yollanacaq. Hər bir idmançının hazırlıq dönəmi var. Bəzi növlərdə Avropa çempionatı keçiriləcək. Bu səbəbdən bütün idman növlərində ən güclülərimizin gedəcəyini deyə bilmərik. Ancaq Azərbaycanın Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında yaxşı təmsil olunacağına inanıram.

CANLI YAYIM