Dünya çempionatının nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib

1 İyun, 16:28 Sosial mediada paylaşın:
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının nümayəndə heyəti - Dünya Taekvondosunun prezidenti Çunqvon Çu, qurumun baş katibi Seo Jeonqkanq, Türkiyə Taekvondo Federasiyasının prezidenti Metin Şahin və Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər. Rəsmilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Ardından Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Qeyd edək ki, İdman TV-də canlı yayımlanan dünya çempionatı mayın 29-da start götürüb və iyunun 4-də başa çatacaq. Dünya Taekvondosunun 50 illiyinə və Ümummilli Liderin 100 illiyinə təsadüf edən mundialda 145 ölkədən 949 idmançı mübarizə aparır.

CANLI YAYIM