Mourinyo medalını tribunaya atdı

1 İyun, 10:11 Sosial mediada paylaşın:
“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında mükafatlandırma mərasimində aldığı medalı tribunadakı azarkeşlərdən birinə atıb. Bu məğlubiyyət Mourinyonun UEFA Super Kuboku istisna olmaqla, Avrokubok finalında ilk məğlubiyyəti olub. Bundan əvvəl o ardıcıl beş həlledici görüşdən qalib ayrılıb. Qeyd edək ki, "Sevilya" və "Roma" klublarının qarşılaşdığı Avropa Liqasının final oyunu başa çatıb. Penaltilər seriyasında “Sevilya” 4:1 hesabı ilə qalib gəlib.

CANLI YAYIM