Rafael Ağayevin “Karate Combat”dakı növbəti rəqibi bəlli olub

1 İyun, 09:14 Sosial mediada paylaşın:
Azərbaycanın karate üzrə beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin peşəkarların mübarizə apardığı "Karate Combat"dakı növbəti rəqibi bəlli olub.
İdmançımız “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşacaq.
Döyüş iyunun 24-də Florida ştatının Mayami şəhərində baş tutacaq.
Qeyd edək ki, Rafael Ağayev "Karate Combat" turnirində 2018-ci ildə debüt edib.

CANLI YAYIM