Debütant "Sabah" Azərbaycan çempionatının qalibi oldu

31 May, 12:03 Sosial mediada paylaşın:
Azərbaycan Basketbol Liqasında final seriyasının beşinci görüşü keçirilib.
Sərhədçi İdman Mərkəzində oynanılan matçda "Sabah""Gəncə"ni qəbul edib. Həlledici qarşılaşmaya Bakı klubu daha yaxşı başlayıb. Elşən Yusubovun komandası böyük fasiləyə 11 xal fərqi ilə üstün yollanıb. Fasilədən sonra vəziyyət dəyişib. Toparlanmağı bacaran "Gəncə" oyuna tarazlıq gətirməklə kifayətlənməyib, hətta 80:77 hesablı üstünlüyü də ələ keçirib. Hamı nominal qonaqların çempionluğunu gözlədiyi anda "Sabah"ın legioneri Entoni Patti səhnəyə çıxıb. Onun son saniyədəki 3 xallıq atışı dəqiq olub və çempionu müəyyənləşdirmək üçün overtayma ehtiyac qalıb. 5 dəqiqəlik əlavə vaxtda daha yaxşı oynayan paytaxt təmsilçisi sonda 86:85 hesablı qələbə qazanaraq debüt mövsümündəcə Azərbaycan çempionatının qalibi olub. “Sabah”ın heyətində Entoni Patti final seriyasının ən dəyərli oyunçusu seçilib.

CANLI YAYIM