"Sabah" çempionluğun bir addımlığında

25 May, 12:00 Sosial mediada paylaşın:
Azərbaycan Basketbol Liqasında "Sabah" və "Gəncə" arasında final seriyasının üçüncü oyunu keçirilib.
Bakı təmsilçisi böyük fasiləyə 53:45 hesabı ilə öndə yollanıb. Fasilədən sonra vəziyyət nominal qonaqların xeyrinə dəyişib. Üçüncü hissədə inamlı oyun nümayiş etdirən "Gəncə"basketbolçuları həlledici period öncəsində üstünlüyü ələ alıblar. Lakin qərb təmsilçisi yekunda uğur qazana bilməyib. Yenidən toparlanan “Sabah” sonda sevinən tərəf olub. Elşən Yusubovun komandası qarşılaşmanı 93:90 hesabı ilə xeyrinə başa vurub. Bununla da Bakı klubu seriyada 2:1 hesabı ilə önə keçib. Kalin Kreyn 19 xal və 5 ribaundla qələbədə əsas pay sahiblərindən biri olub. Cordan Endryusun 24 xal, 5 ribaundu Gəncə klubunun uğur qazanması üçün kifayət etməyib. Mayın 27-də keçiriləcək seriyanın növbəti görüşündə "Sabah" daha bir qələbə qazanacağı təqdirdə çempionluğunu rəsmiləşdirəcək.

CANLI YAYIM