"Boston Seltiks" seriyada ilk qələbəsini qazandı

24 May, 14:27 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında Şərq konfransının final seriyası davam edir.
İlk 3 oyunda “Mayami Hit”ə məğlub olan “Boston Seltiks” azarkeşlərini ümidləndirib.Mayamidə keçirilən seriyanın 4-cü görüşündə Co Mazullanın komandası ikinci hissədə məhsuldarlığının bəhrəsini görüb. Hərçənd ilk hissədə “Seltiks” elə də xoş təsir bağışlamayıb.  Amma fasiləyə 6 xal fərqilə gerdə yollanan qonaqlar 3-cü bölümdə vəziyyəti xeyrinə dəyişə bilib. Xüsusən də “Boston”un heyətində 33 xal, 11 ribaund və 7 məhsuldar ötürmə ilə Ceyson Teytum fəalllığı ilə seçilib. Seriyanın ilk 3 matçında floridalıların qələbə qazanmasında böyük pay sahibi olan Cimmi Batlerin bu dəfəki məhsuldarlığı heç bir fayda verməyib. “Mayami”nin lideri bu görüşdə 29 xal və 9 ribaundla yadda qalıb. Beləliklə də “Mayami”ni 116:99 hesabıyla məğıub edən “Boston Seltiks” seriyada hesabı 1:3 edib. Növbəti oyun mayın 26-da Bostonda keçiriləcək. Xatırladaq ki, MBA finalında “Denver Naqqets”lə qarşılaşmaq üçün “Mayami”yə 1 qələbə kifayət edir.

CANLI YAYIM