"Denver Naqqets" tarixində ilk dəfə MBA finalına çıxıb

23 May, 17:35 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında Qərb konfransının final seriyasına yekun vurulub.
İlk 3 oyunda “Los Anceles Leykers”i məğlub edən “Denver Naqqets” 4-cü qarşılaşmada da  azarkeşlərini sevindirib. Lon Ancelesdə keçirilən görüşün ilk hissəsi meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Amma fasiləyə 15 xal fərqilə geridə yollanmasına baxmayaraq, Kolorado klubu ikinci bölümdə fantastik dönüş edib. Artıq 3-cü bölümdə rəqibini 20 xal fərqilə üstələyən “Nagets” son 12 dəqiqəlik hissədə vəziyyəti nəzarəti altında saxlayıb. Beləliklə “Leykers”i 113:111 hesabıyla məğlub edən “Denver Naqqets” 47 illik tarixində ilk dəfə MBA  finalına yüksəlib. Komandanın tarixi uğur əldə etməsində isə mərkəz oyunçusu Nikola Yokiç böyük rol oynayıb. Seriyanın sonuncu oyununda 30 xal, 14 ribaund və 13 məhsuldar ötürmə ilə fərqlənən serbiyalı basketbolçu qələbənin əsas memarlarından olub. Bununla Yokiç bir mövsüm ərzində pley-offda 8-ci dəfə tripl-dabl edərək əfsanəvi Uilt Çemberlenin rekordunu yeniləyib.

CANLI YAYIM