Avropa çempionu olan gimnastlarımız təəssüratlarını bölüşüb

23 May, 12:15 Sosial mediada paylaşın:
Bakıda təşkil edilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanan Azərbaycan qrup hərəkətləri komandasının mətbuat konfransı keçirilib.
Millinin üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina fikirlərini bölüşüblər. Onlar Azərbaycandakı qitə birinciliyində uğur qazandıqları üçün xoşbəxt olduqlarını söyləyiblər. Gimnastlar daim bir-birilərini dəstəklədiklərini və bu nəticənin komanda şəklində əldə edildiyini vurğulayıblar. Millinin məşqçiləri Siyana Vasileva, Yevgeniya Vilyayeva və Kamil Quliyev də komandanın çıxışını yüksək qiymətləndirib. Ancaq onlar bu uğurun geridə qaldığını, artıq gələcək yarışlar barədə düşündüklərini deyiblər. Xatirladaq ki, Azərbaycan gimnastika tarixində qrup komandası ilk dəfə Avropa çempionatının qızıl medalını qazanıb.

CANLI YAYIM