Cüdoçularımız Avropa Kubokunda daha iki medal qazandı

22 May, 14:00 Sosial mediada paylaşın:
Sarayevoda keçirilən cüdo üzrə Avropa kubokunun sonuncu günündə 4 idmançımız tatami üzərinə çıxıb.
81 kq çəki dərəcəsində Məhərrəm İmamverdiyev finalda Niderland cüdoçusu Koen van Vindeni məğlub edərək qızıl medal qazanıb. Bu çəkidəki digər təmsilçimiz Kərim Allahverdiyev 5-ci yerlə kifayətlənib. 100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Aslan Mirzəyev bürünc medalçı olub. Ruslan Nəsirli Avropa kubokunu 7-ci sırada tamamlayaraq mükafatçılar sırasına düşə bilməyib. Qeyd edək ki, ötən gün Ruslan Paşayev və İbrahim Əliyev qızıl, Telman Vəliyev gümüş, Kamran Süleymanov isə bürünc medal qazanmışdı. Turniri 6 medalla başa vuran Azərbaycan yığması ölkə sıralamasında yalnız Almaniya millisindən geri qalaraq ikinci olub.

CANLI YAYIM