Hidayət Heydərov dünya çempionu oldu

21 May, 12:00 Sosial mediada paylaşın:
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatının 2-ci günündə daha 4 cüdoçumuz mübarizəyə qoşulub.
Onlardan 73 kq-da  çıxış edən  4 qat Avropa çempionu Hidayət Heydərov uğurla çıxış edib. Kosova, İspaniya və Braziliyadan olan rəqiblərinə qalib gələn idmançımız yarımfinala adlayıb. Burda isə Almanitya təmsilçisi cüdoçumuzun qarşısında aciz qalıb. Karyerasında ilk dəfə dünya çempionatında finala yüksələn Hidayət Heydərov həlledici qarşılaşmada yaponiyalı Tatsuki İşihara ilə görüşüb. Qarşılaşmanın yekunlaşmasına 10 saniyə qalmış geridə olmasına baxmayaraq rəqibinə ipponla qalib gələn Hidayət Heydərov ilk dəfə dünya çempionu olub. Xatırladaq ki, cüdoçumuz buna kimi mudiallarda 3 dəfə bürünc medal əldə etmişdi. Mükafatlandırma mərasimində medalları Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Azər Əliyev təqdim edib.
Əlavə edək ki, mayın 24-dək davam edəcək dünya çempionatının həlledici qarşılaşmaları "İdman TV"-də canlı yayımlanır.

CANLI YAYIM