Azərbaycan Cüdo Federasiyasının 2024-2028-ci illər üçün strategiyası açıqlandı

17 İyul, 12:00 Sosial mediada paylaşın:
Azərbaycan Cüdo Federasiyasının fəaliyyətinin son iki ilinə həsr olunan tədbir keçirilib. Mərasimdə qurumum bu dövr ərzində gördüyü işlər və qarşıdakı hədəflər barədə məlumat verilib.
Tədbirdə  qurumun icraçı vitse prezidenti Rəşad Rəsullu bildirib ki, ölkəmizdə bu idman növü ilə məşğul olanların sayı artıb.  2024-cü il iyuluna olan göstəriciyə əsasən ölkədə 19 454 nəfər cüdo ilə məşğuldur.  2022-ci ilin noyabrında isə bu rəqəm 16 027 olub. Qeyd olub ki,  federasiya 36 ay ərzində 106 təlim və seminar keçirib, 130 məşqçi Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının müvafiq sertifikatını əldə edib. Federasiya tərəfindən 2022-ci ildən Bakı və rayonlardakı 86 idman zalına 6214 tatami paylanılıb. Bundan əlavə, 1224 yeniyetmə və gənc idmançının pulsuz məşq etməsinə şərait yaradılıb.  Rəşad Rəsullu  Federasiyanın  2024-2028-ci illər üçün hədəflərini də açıqlayıb.  O, məqsədlərinin Azərbaycanı dünyanın qabaqcıl cüdo ölkələrindən birinə çevirmək olduğunu söyləyib. İcraçı vitse prezidenti  kütləviliyin artması, istedadların inkişaf yolunun təkmilləşdirilməsi və elit idmanda nailiyyətlərin yaxşılaşdırılmasının üç əsas strateji istiqamət olduğunu diqqətə çatdırıb.  Qarşıdakı Paris olimpiadasında ölkəmizi 9 idmançının təmsil edəcəyini qeyd edən federasiya nümayəndəsi onların hər birinin mükafat qaznamaq gücündü olduğunu deyib. Tədrbidə həmçinin Azərbaycan və Gürcüstan arasında cüdo üzrə qarşılıqlı liqanın təşkil olunacağı barədə də məlumat verilib.

CANLI YAYIM