"Denver Naqqets" final seriyasında fərqi artırdı

19 May, 15:03 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında pley-off mərhələsi davam edir.  
Qərb konfransının ilk oyununda “Los Anceles Leykers”i məğlub edən “Denver Naqqets” yenə azarkeşlərini sevindirə bilib. Hərçənd ilk hissə kaliforniya basketbolçularının üstünlüyü şəraitində keçib. İlk bölümdə azarkeşlər bərabər səviyyəli mübarizə izləyiblərsəs, fasiləyə qədər “Leykers” təzyiqi artırıb. İkinci hissədə “Naqqets” təşəbbüsü ələ alıb. Xüsusilə oyunun sonuncu bölümündə meydan sahibləri los ancelesliləri çətin vəziyyətə salıblar. Beləliklə “Leykers”i 108:103 hesabıyla məğlub edən “Denver” seriyada fərqi daha da artırıb. Maykl Melounun komandasının qələbəsində 37 xal və 10 ribuandla fərqlənən Camal Mürrey böyük rol oynayıb. İlk matçda tripl-dabl edən denverlilərin lideri Nikola Yokiç bu dəfə 23 xal, 17 ribaund və 12 məhsuldar ötürmə ilə eyni göstəricini təkrarlayıb. Bu seriyada 3-cü oyun mayın 21-də Los Ancelesdə keçiriləcək.

CANLI YAYIM