"Boston"u səfərdə məğlub edən "Mayami" seriyada önə keçdi

18 May, 14:13 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında pley-off mərhələsi davam edir.
Şərq konransının final seriyasının ilk oyununda “Boston Seltiks”lə “Mayami Hit” üz-üzə gəlib. İlk görüşdə meydan sahibləri əsas favorit kimi göstərilsə də, floridaılıar inamlı oyunu ilə yadda qalıb. Hərçənd ilk hissədə Co Mazzullanın komandası daha xoş təsir bağışlayıb. Bunun məntiqi nəticəsi kimi “Seltiks” fasiləyə 9 xallaıq üstünlüklə yollanıb. Amma iklinci hissədə “TD Garden”ə toplaşanlar tamam fərqli “Mayami” izləyib. 3-cü bölümdə “Hit”  21 xallıq üstünlük əldə edərək bostonluları çətin vəziyyətə salıb. Son 12 dəqiqıik hissədə meydan sahibləri qismən təşəbbüsü ələ alsa da, məğlubiyyətdən xilas ola bilməyib. Oyunun qəhrəmanı isə 35 xal, 7 ötürmə və 6 top ələ keçirməklə “Mayami”nin lideri Cimmi Batler olub: Boston – Mayami 116:123. Bu seriyada növbəti oyun 2 gün sonra yenə də bu arenada keçiriləcək.

CANLI YAYIM