Avropa çempionatında Azərbaycanın qrup komandası iki bürünc medal qazanıb

18 May, 12:00 Sosial mediada paylaşın:
Azərbaycanın gənclərdən ibarət qrup komandası Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk günündə iki bürünc medal qazanıb.
"Report"un məlumatına görə, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv çoxnövçülük və 5 topla hərəkətlərdə fəxri kürsüyə qalxıb.
Qrup komandası 5 topla hərəkətlərdə hakimlərdən 31.200 xal alaraq, üçüncü yeri tutub. Kollektiv 5 iplə hərəkətlərdə isə 28.500 xal toplayaraq dördüncü olub.
Azərbaycan komandası təsnifatda 5 ip (29.450) və 5 topla (29.000) hərəkətlərin cəmində isə 58.450 xal alaraq bürünc medala layiq görülüb.

CANLI YAYIM