Qərb Konfransının finalına "Denver" qələbə ilə başladı

17 May, 15:43 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında Konfrans finallarına start verilib.
Qərb Konfransının həlledici final seriyasında “Denver Naqqets”lə “Los Anceles Leykers” arasında ilk oyun keçirilib.  “Boll Arena”dakı görüş maraqlı mübarizə ilə yadda qalıb. İlk hissədə Denver basketbolçuları daha inamlı çıxışı ilə diqqət çəkib. İkinci bölüm də koloradoluların üstünlüyü şəraitində keçib. Fasiləyə 18 xallıq üstünlüklə yollanan meydan sahibləri ikinci hissədə təşəbbüsü əldən verib. Buna baxmayaraq los anceleslilər vəziyyəti xeyrinə dəyişə bilməyib. Nəticədə oyunu 40 xal və 10 ribaundla başa vuran “Leykers”in forvardı Entoni Devisin məhsuldarlığı bəhrə verməyib.  “Naqqets”in lideri Nikola Yokiç isə 34 xal 21 ribaund və 14 məhsuldar ötürmə ilə qələbədə böyük pay sahibi olub. Beləliklə də, “Leykers”i 132:126 hesabıyla məğlub edən “Denver” seriyada önə keçib. Növbəti oyun mayın 19-da yenə də bu arenada keçiriləcək.

CANLI YAYIM