"Vest Hem" qalib gəldi, "Fiorentina" uduzdu

12 May, 12:15 Sosial mediada paylaşın:
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları olub. Günün sürpriz nəticəsi İtaliyada qeydə alənıb. “Fiorentina” doğma arenada “Bazel”ə uduzub. Hərçənd ki, hesabı meydan sahibləri açıblar. Artur Kabral fərqlənib. Amma görüşün sonunda 2 qol vuran İsveçrə təmsilçiləri əzmkar qələbə qazanıblar. Endi Diuf ve Zeki Amduni qapını dəqiq nişan alıb. Beləliklə səfərdə 2:1 hesabı ilə qalib gələn “Bazel” cavab matçı öncəsi üstünlük əldə edib. 
“Vest Hem” ise doğma arenada sürprizə imkan verməyib. Hərçənd ki,  bu matcda hesabı Niderland klubu açıb. Ticcani Reynders fərqlənib. Fasilədən sonra London təmsilçiləri 2 qol vuraraq qələbə əldə ediblər. Əvvəlcə, Məhəmməd Səid Benrahma tarazlığı bərpa edib. Maykl Antonio isə yekun nəticəni müəyyənləşdirib - 2:1. Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 18-də keçiriləcək. 

CANLI YAYIM