NTD yarımfinal seriyasında hesabı bərabərləşdirdi

11 May, 12:10 Sosial mediada paylaşın:
Basketbol Liqasının yarımfinal seriyasında “Gəncə” və NTD qarşılaşıb.
İlk oyunda “Gəncə” basketbolçuları qəlabə qazansalar da, bu dəfə nominal qonaqlar üstün olublar. Gəncə Olimpiya İdman Kompleksində keçirilən matça NTD fəal başlayıb və ilk periodu 24:11 hesabı ilə öndə tamamlayıb. İkinci hissədə də təşəbbüsü əldən verməyən Bakı təmsilçisi böyük fasiiləyə 48:32 hesablı üstünlüklə yollanıb. NTD 3-cü periodda xal fərqini daha artırıb və yekunda 105:76 hesabı ilə qalib gəlib. Bununla da seriyda hesab bərabərləşib. Finala çıxmaq üçün NTD və “Gəncə” daha bir dəfə üz-üzə gələcək. Xatırladaq ki, bu komandaların güclüsü fəxri mükafat uğrunda final mərhələsində “Sabah”la qarşılaşacaq.

CANLI YAYIM