"Fənərbağça" "Dördlər finalı"ndan kənarda qaldı

10 May, 17:03 Sosial mediada paylaşın:
Basketbol üzerə Avroliqada “Dördlər finalı”nda oynayacaq daha bir komandanın adına aydınlıq gəlib.
“Barselona”dan sonra “Olimpiakos” da 4 ən yaxşı komanda sırasına yüksələ bilib. 1/4 final seriyasının 5-ci matçında “Fənərbağça”nı Pireydə qəbul edən Yunanıstan təmsilçisi oyunun əvvəlindən daha istəkli çıxışı ilə yadda qalıb. Müntəzəm çempionatın qalibi fasiləyə 13 xallıq fərqlə yollanıbsa, 3-cü bölümdə də məhz bu komanda görüşdə diqtə edən tərəf olub. Son bölüm isə bərabər mübarizə şəraitində keçib. “Fənərbağça”nın heyətində 26 xal toplayan Marko Quduriç 26 xal toplasa da, bu komandaya heç bir fayda verməyib. “Olimpiakos”un heyətində 22 xalla yadda qalan Kostas Slukas isə sabiq komandasını mübarizədən kənarlaşdırmaqda böyük rol oynayıb. Beləliklə də, “Fənərbağça”nı 84:72 hesabıyla məğlub edən “Olimpiakos” ardıcıl 2-ci mövsüm “dördlər finalı”na vəsiqə qazanıb. Yarımfinalda pireylilər “Monako” – “Makkabi Təl-Əviv” cütünün qalibi ilə oynayacaqlar.

CANLI YAYIM