Hidayət Heydərov dünya çempionatını mükafatsız başa vurub

10 May, 12:00 Sosial mediada paylaşın:
Qətərda dünya çempionatının 3-cü günündə 1 cüdoçumuz tatamiyə çıxıb.
73 kqda Hidayət Heydərov yarışa uğurla başlayıb. İlk görüşündə Moldova idmançısına qalib gələn təmsilçimiz ardınca Amerika Birləşmiş Ştatları cüdoçusunu mübarizədən kənarlaşdırıb. ¼ finalda Kanadalı rəqibini məğlub edən Hidayət Heydərov yarımfinalda italiyalı Manuel Lombardo ilə bacarmayıb. Codoçumuz bürünc medal uğrunda görüşdə altıqat dünya çempionu yaponiyalı Soiçi Haşimota ilə üz-üzə gəlib. Bu qarşılaşmada da uduzan Hifayət Heydərov yarışı mükafatsız başa vurub. Xatırladaq ki, İdman TV ilə canlı yayımlanan dünya çempionatında hələ ki, komandamız medal qazana bilməyib.

CANLI YAYIM