Dünya çempionatında iki boksçumuz mərhələ adladı

8 May, 12:10 Sosial mediada paylaşın:
Özbəkistanda boks üzrə dünya çempionatında mübarizə davam edir. Təmsilçilərimizdən Məsud Yusifzadə uğurlu çıxışını davam etdirir. 51 kq-da döyüşən idmançımız 1/16 finalda braziliyalı Mixael Trindade ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Məsud Yusifzadə 1/8 finala adlayıb. O, bu mərhələdə zambiyalı Patrik Çinyenba ilə görüşəcək.
Ağırçəkidə mübarizə aparan Məhəmməd Abdullayev isə 1/8 final döyüşünə çıxıb. O, əlcəzairli Murad Kadi ilə qarşılaşıb. Rinqi qələbə ilə tərk edən bokçsçumuz 1/4 finala yüksəlib. Bu mərhələdə Məhəmməd Abdullayev gürcüstanlı Nikolaz Beqadze ilə üz-üzə gələcək. Qeyd edək ki, 57 kqda Ümid Rüstəmov və 75 kqda Mirşərif Kazımzadə uduzaraq, mübarizəni dayandırıblar.

CANLI YAYIM