Daşkənddə keçirilən dünya çempionatında iki boksçumuz 1/8 finala yüksəlib

5 May, 11:00 Sosial mediada paylaşın:
Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan boks üzrə dünya çempionatında mübarizə davam edir.
Turnirin 4-cü günü daha 2 idmançımız rinqə çıxıb. 48 kq-da Tural Sarıyev trinidad tobaqolu ƏL-Cəlil Cokhudan üstün olaraq 1/8 finala yüksəlib. 92 kq-dan artıq çəkidə çıxış edən Məhəmməd Abdullayev isə 1/8 finalda meksikalı Krus Ernandeslə qarşılaşıb. Abdullayev də hər 3 raundda qalib gələrək mundialın 1/4 finalına vəsiqə qazanıb.  Qeyd edək ki, dünya çempionatı “İdman TV”də canlı yayımlanır.

CANLI YAYIM