Xorvatiyanın paytaxtı Zaqrebdə güləşçilərin Avropa çempionatı davam edir. Qitə yarışınln 2-ci günündə millimizin 3 üzvü fəxri kürsüyə qalxıb. 57 kq-da Əliabbas Rzazadə finalda türkiyəli idmançıya qalib gələrək Avropa çempionu olub.
70 kq-da Hacı Əliyev həlledici qarşılaşmada bolqarıstanlı güləşçini məğlubuyyətə uğradaraq karyerasında 4-cü dəfə qitənin ən güclüsü olub.
97 kq-da isə Məmmədxan Məhəmmədov finalda gürcüstanlı pəhləvana uduzaraq gümüş medalla kifayətlənib. Xatırladaq ki, Məhəmmədov ötən ilki Avropa çempionatında qızıl medala yiyələnmişdi. Beləliklə 2 günün yekununda seçməmizin hesabında hələlik 2 qızıl, 1 gümüş mükafat var.