Güləş üzrə ölkə çempionatında yunan-Roma növündə yarışlar başa çatıb.
Daha 5 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. 60 kq çəki dərəcəsində mübarizədə Hüseyn Qəribov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. O, finalda Səid Xəlilovdan üstün olub. 67 kqda Namaz Rüstəmov ölkə çempionu adına yiyələnib. 77 kq çəki dərəcəsində qüvvəsini sınayan Davud Məmmədov həlledici görüşdə Rəvan Nuriyeva qalib gəlib. İslam Abbasov 87 kqda güləşçilərin yarışında 1-ci olub. Ən ağır çəkidə isə Beka Kandelaki fərqlənib. Qeyd edək ki, Hüseyn Qəribov, Namaz Rüstəmov və Davud Məmmədov “Neftçi”, İslam Abbasov “Qubadlı” klubunu, Beka Kandelaki Azərbaycan Güləş Federasiyasını təmsil edir.